Milorad Dodikə 1 il həbs cəzası verilib

26 Fevral 2025 18:30 (UTC+04:00)

Bosniya və Herseqovina (BH) Məhkəməsi BMT-nin BH-dəki Ali Nümayəndəsi Kristian Şmidtin qərarlarını yerinə yetirmədiyinə görə Srpska Respublikasının prezidenti Milorad Dodiki qiyabi olaraq bir il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə “Dnevni avaz” qəzeti məlumat yayıb .

Məqalədə deyilir: “Milorad Dodik bir il müddətinə azadlıqdan məhrum edilib".

Bundan əlavə, ona 6 il siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilib. Dodik özü də məhkəmə zalına gəlməyib.

Mövsüm

Aznews.az