Avropa Komissiyası (AK) 2030-cu ilə qədər nadir torpaq metallarının (REM) yerli istehsalının 10%-ə çatdırılması hədəfinə nail olmağa töhfə verən strateji layihələrin siyahısını tezliklə dərc edəcək.
Bu barədə AK-nin mətbuat xidməti məlumat verib.
“Bəli, bu rəqəmlər (2030-cu ilə qədər nadir torpaq metallarının yerli istehsalının 10%-i. – Red.) hələ də aktualdır. Komissiya tezliklə bu meyarlara nail olmağa töhfə verən strateji layihələrin siyahısını dərc edəcək”, - Avropa Komissiyasının rəsmisi bildirib.
Hazırda ağır nadir torpaq metalları sahəsində Aİ 100% idxaldan asılıdır. Aİ-nin məlumatına görə, hasilatın və emalın inkişafı üçün üçüncü ölkələrlə xammal sahəsində 14 strateji tərəfdaşlıq qurulub.
Mövsüm
Aznews.az