İrəvanda Paşinyanın mətbuat katibinin mənzili qarət edilib

26 Fevral 2025 17:19 (UTC+04:00)

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın mənzili qarət edilib.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib. Mənzildən külli miqdarda pul oğurlanıb.

Nəşrin məlumatına görə, ötən gecə hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunda iştirak etdikləri iddia olunan bir qrup şəxsi saxlayıblar.

Qeyd edilib ki, saxlanılan şəxslər paytaxt və regionlarda digər məmurların da evlərini qarət ediblər.

Aznews.az