İsveçrə hökuməti BRİKS ölkələrinin dünyada artan rolunu qeyd edib

26 Fevral 2025 20:43 (UTC+04:00)

BRİKS ölkələri dünyada vəziyyətin sabitləşməsinə töhfə vermək iqtidarındadırlar.

Bu barədə İsveçrə hökumətinin təsdiq etdiyi xarici siyasət hesabatında deyilir .

Sənəddə BRİKS-in tarixinə həsr olunmuş “xüsusi dosye” və bu assosiasiyanın fəaliyyətinin, o cümlədən iqtisadiyyat və təhlükəsizlik sahələrinin təhlili var.

Hesabatda qeyd olunur ki, “BRİKS ölkələrinin artan əhəmiyyətindən necə istifadə etdiyini və məsuliyyəti öz üzərinə götürdüklərini nəzərə alsaq, onlar həqiqətən də qlobal nizamın sabitləşməsinə töhfə verə bilərlər”.

Mövsüm

Aznews.az