Bu ilin yanvar ayının 1-nə Azərbaycanda qeydiyyata alınan işsiz şəxslərin sayı 217 min 200 nəfər olub, onların 47,6%-ni qadınlar təşkil edib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd olunub ki, keçən ilin əvvəlinə nəzərən qeydiyyata alınan işsiz şəxslərin sayında 0,2% azalma qeydə alınıb. Ötən ilin dekabr ayında sorğu nəticələrinə əsasən ötən ilin müvafiq dövrünə nəzərən müəssisələr üzrə işçi sayının 7,5%, yüklənmə dərəcəsinin 1,6 faiz bəndi yüksəlməsi iqtisadi aktivliyin artdığını göstərir.
AzNews.az