Lukaşenko bir həftə sonra Putinlə görüşəcəyini açıqlayıb

27 Fevral 2025 16:48 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko amerikalı bloger Mario Naufalla müsahibəsində Rusiyaya gözlənilən səfərini və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağını açıqlayıb.

Bu barədə BelTA agentliyi məlumat yayıb.

“Bir həftədən sonra onunla Moskvada görüşəcəyik və bütün məsələlər barədə ətraflı danışacağıq. Biz telefonda buna istinad etdik ki, görüşəcəyik və bütün məsələləri ətraflı müzakirə edəcəyik”, - Lukaşenko bildirib.

Mövsüm

Aznews.az