Avropa Makronun ABŞ-ə səfərini vaxt itkisi adlandırır

27 Fevral 2025 16:55 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampdan Ağ Evdə işlədiyi müddətdə Ukraynanın təhlükəsizliyinə təminat verilməsi ilə bağlı konkret vədlər almayıb.

Bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, Makron təcili videokonfrans zamanı Vaşinqtona səfəri barədə Aİ liderlərini məlumatlandırıb.

“Makron Trampın dəstəklə bağlı heç bir dəqiq vəd vermədiyini söylədi. Beləliklə, bu məsələdə həqiqətən də strateji qeyri-müəyyənlik qalır", - deyə bir Aİ diplomatı qeyd edib.

Mövsüm

Aznews.az