Pentensiar xidmət məhkumların hüquqlarının təmin olunması ilə bağlı tapşırıq verib

27 Fevral 2025 18:08 (UTC+04:00)

Fevralın 27-də ədliyyə nazirinin müavini - Penitensiar xidmətin (PX) rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Bu barədə AzNews.az xidmətdən məlumat verilib.

Bildirilib ki, müşavirədə ədliyyə naziri III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədovun qanunçuluğun möhkəmləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması və nizam-intizamın gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrinə əsasən, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması, peşə təhsilinin keyfiyyətinin artırılması, habelə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, o cümlədən cəzaçəkmə müəssisələrində həyata keçirilmiş monitorinqlərin nəticələri ilə əlaqədar məsələlər müzakirə olunub, zəruri tədbirlərin görülməsinə dair mühüm tapşırıqlar verilib.