Marseldə Rusiya Baş Konsulluğuna hücum edən iki fransızın işi üzrə məhkəmə iclası başlayıb.
Məhkəmə qarşısına 48 və 59 yaşlı iki Fransa vətəndaşı çıxıb. Bir gün əvvəl təqsirləndirilən şəxslər günahlarını etiraf ediblər. Şəhər prokurorluğu bildirib ki, saxlanılan hər iki şəxs Milli Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşlarıdır və Fransa vətəndaşlığına malikdirlər.
Öz növbəsində Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranski RİA Novosti-yə bildirib ki, müttəhimlərdən biri ukraynalı qadınla evlidir. Təqsirləndirilən şəxslər “başqasının əmlakına insanlar üçün təhlükəli şəkildə zərər vurma və ya korlama”, habelə “icazəsiz partlayıcı və ya yandırıcı qurğular və ya partlayıcı maddələr hazırlama” maddələri ilə ittiham olunurlar.
Mövsüm
Aznews.az