“Bloomberg” agentliyinin Azərbaycanda müxbir akkreditasiyası ləğv edilib.
Trend bu barədə etibarlı mənbəyə istinadən xəbər verir.
Xatırladaq ki, daha öncə "Rossiya Segodnya"nın ("Sputnik Azərbaycan") və “BBC”nin Azərbaycandakı nümayəndəliyi ləğv edilib. Bundan əlavə, "Amerikanın Səsi"nin Azərbaycandakı müxbir akkreditasiyası da ləğv olunub.