İsraildə avtobus dayanacağında avtomobilin insanlara çırpılması nəticəsində 10 nəfər yaralanıb

27 Fevral 2025 20:53 (UTC+04:00)

İsraildə , Pardes Hanna şəhəri yaxınlığındakı 65 nömrəli magistralda bir avtomobilin avtobus dayanacağında dayanan insanların üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər yaralanıb.

Bu barədə Ynet portalı məlumat yayıb.

“Kərkür kəsişməsində baş verən toqquşma nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb”, - məlumatda deyilir.

Zərərçəkənlərdən üç nəfərin vəziyyətinin ağır, digər iki nəfərin isə orta ağır olduğu qeyd edilir. Qalan beş qurban isə yüngül xəsarətlər alıb. Bütün insanlar Haderadakı Hillel Yafe xəstəxanasına aparılıb.

Mövsüm

Aznews.az