Bu ilin yanvar ayında Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə (38,7 milyon ABŞ dolları) məxsus olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın fevral sayında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə "AzerGold" QSC (15,4 milyon ABŞ dolları), SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC (15,1 milyon ABŞ dolları), Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki "Azəralüminium" MMC (8,6 milyon ABŞ dolları), “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (4,2 milyon ABŞ dolları), "Azərbaycan Hava Yolları" QSC (1,3 milyon ABŞ dolları), "Azərenerji" ASC (354 min ABŞ dolları), Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti (83 min ABŞ dolları), Müdafiə Sənayesi Nazirliyinə məxsus "Avia-Aqreqat zavodu" MMC (10 min ABŞ dolları) və "Qaradağ Şüşə Zavodu" ASC (10 min ABŞ dolları) qərarlaşıb.