Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 142 manatdır.
İddiaçılar təkliflərini aprelin 1-nə qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 5 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 1-də, saat 15:30-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "RSM Azerbaijan" MMC olub. Şirkətə 64,9 min manat ödənilib.