Strateji qanadlı raketlərin sınaqları zamanı Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə qüvvələrinin döyüş hazırlığının artırılmasının vacibliyini bəyan edib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, nüvə silahından müdafiə məqsədləri üçün istifadə etməyə hazır olmaq lazımdır.
O, həmçinin nüvə silahlı qüvvələrinin döyüş hazırlığının daha ardıcıl təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Kim Çen In əlavə edib ki, bu, dövlətin suverenliyinin və təhlükəsizliyinin etibarlı nüvə qalxanı ilə qorunmasını təmin edir.
Təlimlərin məqsədi KXDR Silahlı Qüvvələrinin istənilən məkanda əks-hücumlar həyata keçirmək qabiliyyətini nümayiş etdirmək olub. Bu, artıq bu il ölkədə dördüncü raket sınağıdır. Əvvəlki buraxılışlar yanvarın 25-də su altından buraxılan raketi sınaqdan keçirərkən baş vermişdi.
Mövsüm
Aznews.az