Tramp Keir Starmerin çıxışı zamanı sözünü kəsdi

28 Fevral 2025 20:23 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp birgə mətbuat konfransında Böyük Britaniyanın baş naziri Keir Starmerin ikitərəfli münasibətlərlə bağlı çıxışını kəsib.

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen buna diqqət çəkib.

"Starmer tarixin ən mühüm əlaqələri haqqında danışmağa davam edir, lakin Tramp sözünü kəsir", - o, X-də (keçmiş Twitter) yazıb.

Professor tərəfindən yerləşdirilən videoda ABŞ liderinin Starmerin nitqini yarımçıq kəsərək “Bu bəsdir, təşəkkür edirəm” deməsi eşidilir. Bununla bağlı Dizen vurğulayıb ki, Böyük Britaniya Birləşmiş Ştatlarla münasibətlərini xüsusi hesab etməklə yanılır.

Mövsüm

Aznews.az