Putin Myanmanın baş naziri ilə görüşəcək

28 Fevral 2025 20:24 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Rusiyaya rəsmi səfər edəcək Myanmanın baş naziri Min Aunq Hlainqlə danışıqlar aparacaq.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Liderlərin görüşü martın 4-nə planlaşdırılıb.

"Qarşılıqlı faydalı Rusiya-Myanma əməkdaşlığının gələcək inkişaf perspektivləri, eləcə də aktual beynəlxalq məsələlər müzakirə olunacaq", - Kreml vurğulayıb.

Mövsüm

Aznews.az