Böyük Britaniyanın Beynəlxalq İnkişaf katibi Annelise Dodds Britaniyanın baş naziri Keir Starmerin müdafiə xərclərini digər ölkələrə yardım hesabına artırmaq qərarına etiraz olaraq istefa verib.
O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
"Beynəlxalq İnkişaf, Qadınlar və Bərabərlik Naziri vəzifəsindən istefa verməli olduğumu bildirməkdən kədərlənirəm", - deyə qeyd edib.
O, həmçinin Starmerə ünvanladığı məktubda Qəzza zolağına, Ukraynaya və Afrika ölkələrinə dəstəyi davam etdirəcəyinə dair sözünü xatırladıb.
Mövsüm
Aznews.az