ABŞ-dən Meksikaya xəbərdarlıq: Hərbi əməliyyatlar başlaya bilər

1 Mart 2025 14:17 (UTC+04:00)

ABŞ-nin müdafiə naziri Pete Heqset Meksika hakimiyyətinə xəbərdarlıq edib ki, əgər ölkə iki ölkə arasındakı sərhədlə bağlı tələbləri yerinə yetirməzsə, Pentaqonun hərbi əməliyyatlara başlaya bilər.

Bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Qəzetin yazdığına görə, bu, Heqsetin Meksikanın yüksək rütbəli hərbi rəsmiləri ilə ilk telefon danışığı olub. Nəşr yazır ki, danışıqlar yanvarın sonunda baş tutub, lakin söhbətin təfərrüatları indi məlum olub.

"Heqset rəsmilərə bildirib ki, Meksika hökumətlə narkotik kartelləri arasında sövdələşməni aradan qaldırmasa, ABŞ ordusu birtərəfli tədbirlər görməyə hazırdır", - hesabatda deyilir.

Mövsüm

Aznews.az