Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbiri seçilib

1 Mart 2025 14:54 (UTC+04:00)

Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Aznews.az xəbər verir ki, Xətai rayon Məhkəməsində baxılan təqdimat təmin edilib.

Qərara əsasən, Fatimə Mövlamlı barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, F. Mövlamlı ötən gün “Meydan TV” işi çərcivəsində cinayət işinə görə saxlanılıb.

AzNews.az