Hakan Fidan Sergey Lavrovla Ukrayna məsələsini müzakirə edib

1 Mart 2025 17:19 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı baş tutub.

“Report”un məlumatına görə, bu barədə “Haber Global”a Türkiyə XİN-də mənbələrdən bildirilib.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkənin XİN rəhbərləri Ukrayna müharibəsində son vəziyyəti müzakirə ediblər.

AzNews.az