Rusiyada ticarət mərkəzində atışma nəticəsində 3 nəfər yaralanıb

2 Mart 2025 20:31 (UTC+04:00)

Rusiyanın Mıtişi şəhərində yerləşən “Krasnıy kit” ticarət mərkəzində baş verən atışmada 3 nəfər yaralanıb

Aznews.az “TASS”a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Dərhal hadisə yerinə polis əməkdaşları gəlib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Polis əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.