Tokionun sanksiyalarına cavab olaraq, Moskva ölkənin xarici işlər naziri Takeşi İvaya da daxil olmaqla, 9 Yaponiya vətəndaşının ölkəyə girişini qadağan etmək qərarına gəlib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin öz saytındakı bəyanatında deyilir .
“Xüsusi hərbi əməliyyatla əlaqədar rəsmi Tokionun ölkəmizə qarşı davam edən sanksiya hərəkətlərinə cavab tədbirləri çərçivəsində Yaponiya vətəndaşlarının Rusiya Federasiyasına girişinə qeyri-müəyyən qadağa qoyulması barədə qərar qəbul edilib”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Mövsüm
AzNews.az