ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi gərgin görüşdən sonra diqqəti cəlb etməkdə davam edir.
"Truth Social" hesabını açan Tramp deyib : "Ukraynanın heç bir torpağını Putinin Rusiyasına verməyən yeganə prezident Donald J. Trampdır. Zəif və təsirsiz Demokratlar tənqid edəndə və saxta xəbərçilər onların dediklərinin hamısını sevinclə dərc edəndə bunu unutmayın".
Tramp ikinci paylaşımında "Sabah böyük bir gecə olacaq. Mən bunu olduğu kimi deyəcəyəm" deyərək diqqət çəkib .
Trampın bu açıqlamalarla nəyi nəzərdə tutduğu bəlli olmasa da, onun Ukrayna müharibəsi və ABŞ-nin xarici siyasətinə dair mövqeyi ilə bağlı yeni açıqlamalar verəcəyi gözlənilir.
Mövsüm
Aznews.az