Bu ilin oktyabr ayında Azərbaycanda Mərkəzi Baltik regional biznes forumu keçiriləcək.
Bunu Latviyanın Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri üzrə departament direktoru Liqa Siçeva bu gün “LEF Network Azerbaijan” çərçivəsində təşkil olunmuş "Mərkəzi Baltik və Azərbaycan" biznes forumunda bildirib.
"Bu, “LEF Network Azerbaijan” çərçivəsində Azərbaycanda son tədbir olacaq. Oktyabrda Bakıda keçiriləcək forum möhtəşəm olacaq və müxtəlif ölkələrdən biznes nümayəndələrini bir araya gətirəcək", - o qeyd edib.
L.Siçeva əlavə edib ki, bu il həmçinin Estoniya və Finlandiyada iki səfər missiyası və iki biznes forumu təşkil olunacaq: “Beləliklə, bu il üçün proqram kifayət qədər zəngindir və ümid edirik ki, əla nəticələr verəcək”.
AzNews.az