Pakistan Baş naziri Azərbaycana səfərinin yekunlarını müzakirə edir

4 Mart 2025 12:31 (UTC+04:00)

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana dövlət səfərinin nəticələrini hökumət üzvləri ilə müzakirə edir.

Bu barədə Pakistan hökumətinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

"Baş nazir Məhəmməd Şahbaz Şərif Azərbaycana son səfərinin nəticələri ilə bağlı icmal iclası keçirir", - iclasdan videogörüntülərlə müşayiət olunan məlumatda qeyd edilib.

Bildirilib ki, Şərifin Azərbaycana rəsmi səfəri 24-25 fevral tarixlərində baş tutub. Səfər çərçivəsində iki ölkə arasında neft, mayeləşdirilmiş təbii qaz və neft məhsullarının ticarəti sahəsində əməkdaşlığın inkişafını, Naxçıvan və Lahor şəhərləri arasında əməkdaşlığı əhatə edən beş sənəd mübadiləsi həyata keçirilib.

Bundan əlavə, gömrük əməkdaşlığı, kənd təsərrüfatı, ekologiya, təhsil və digər sahələrdə sazişlər imzalanıb.

AzNews.az