Fuad Nağıyevə şiddətli töhmət elan edilib - SƏRƏNCAM

4 Mart 2025 16:03 (UTC+04:00)

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

AzNews.az