Fransa dondurulmuş Rusiya aktivlərinin Ukraynanın hərbi xərclərini maliyyələşdirmək üçün istifadəsinə qarşıdır , çünki bu, "beynəlxalq müqavilələrə ziddir".
Bu barədə Fransanın iqtisadiyyat naziri Erik Lombard "franceinfo" -ya müsahibəsində bildirib.
"Fransanın mövqeyi ondan ibarətdir ki, bu Rusiya aktivləri xüsusilə də Rusiya Mərkəzi Bankına məxsusdur", - Lombard bildirib.
O, əlavə edib ki, bu aktivlər münaqişənin həllinin bir hissəsi kimi istifadə oluna bilər, lakin onlara “müsadirə oluna bilməz”.
Onun sözlərinə görə, bu cür hərəkətlər Fransa və Avropanın imzaladığı beynəlxalq müqavilələrə ziddir.
Mövsüm
Aznews.az