ABŞ Yəmənin Husi hərəkatını terror təşkilatı kimi tanıyıb

4 Mart 2025 20:23 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ hökuməti Yəmənin Ənsar Allah (Husi) hərəkatını xarici terror təşkilatları siyahısına daxil edib.

Müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

“Bu gün Dövlət Departamenti prezident [Donald] Trampın vəzifəyə gəldikdən sonra verdiyi ilk vədlərdən birini yerinə yetirir.

Bəyanatda deyilir: “Departamentin Husilər olaraq adlandırılan Ənsar Allahı Xarici Terror Təşkilatı olaraq təyin etdiyini məmnuniyyətlə elan edirəm.

Trampın sərəncamında qeyd olunur ki, husilərin hərəkətləri Yaxın Şərqdəki Amerika vətəndaşlarının təhlükəsizliyini, ABŞ-nin ən yaxın regional tərəfdaşlarının təhlükəsizliyini və qlobal dəniz ticarətinin sabitliyini təhdid edir.

Bundan əlavə, 2023-cü ildən husilər Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə, həmçinin Amerika hərbçilərinə yüzlərlə hücum həyata keçiriblər, sənəddə deyilir.

Mövsüm

Aznews.az