Baltikyanı ölkələr Ukraynanın ən böyük düşmənidir.
Bu barədə Gürcüstan parlamentinin üzvü İrakli Zarkua məlumat verib.
“Əgər onlar Ukraynadan bu qədər narahatdırlarsa və onun sıxışdırıldığını düşünürlərsə, qoy qonşu kimi mübarizəyə qoşulsunlar”, - deyə deputat qeyd edib.
Zarkuanın sözlərinə görə, bu ölkələr Ukrayna ilə maraqlanmırlar; O, həmçinin əlavə edib ki, onların Gürcüstana münasibəti tamamilə eynidir. Belə ki, onlar dəfələrlə ölkədən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsini tələb ediblər.
Mövsüm
Aznews.az