Siyarto: Ukrayna ABŞ-siz maliyyələşdirilə bilməz

4 Mart 2025 22:10 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ABŞ-nin iştirakı olmadan uzun müddət Ukraynaya hərbi yardımı maliyyələşdirə bilməyəcək.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

Onun sözlərinə görə, Avropa öz maraqlarına ciddi ziyan vurmadan Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirə bilməyəcək.

“Əgər Avropa bu yolda qalsa, tərəfdarı olan Avropa liderləri bu siyasəti davam etdirsələr, cəmiyyət çox böyük zərər görəcək”,- o, M1 televiziya kanalında deyib.

Mövsüm

Aznews.az