Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
Sorğuda iştirak haqqı 193 manatdır.
İddiaçılar təkliflərini martın 19-na qədər qurumun yerləşdiyi Ağdam şəhərinə təqdim edə bilərlər.
Təkliflərə martın 19-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Prezident İlham Əliyevin 21 iyul 2022-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Xidmət adları çəkilən rayonlara əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.