Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının (PA) İqtisadiyyat və maliyyə üzrə Daimi Komissiyasının sədr müavini seçilib.
Bu barədə AzNews.az MDB PA-nın mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda qeyd olunub ki, bu qərar komissiyanın Sankt-Peterburqda keçirilən iclasında qəbul edilib.