Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın ölkədə pilotsuz təyyarələr istehsal edən zavod tikmək təklifini dəstəkləyib.
Bu barədə BelTA agentliyi məlumat yayıb .
Lukaşenko Rusiyanın pilotsuz uçuş sistemləri sərgisini ziyarət edərkən deyib: “Biz zavod tikməyə hazırıq".
Bildirilir ki, Rusiya Federasiyasının təklifi Belarusda 100 min ədədə qədər gücə malik pilotsuz sistemlər istehsalı zavodunun yaradılmasıdır. Materialda bildirilir ki, müzakirə iqtisadi səmərəliliyi və yeni modellərin işlənməsini təmin edəcək ümumi texnoloji platformadan istifadədən gedir.
Mövsüm
Aznews.az