Tayvanın cənubundakı Maanşan atom elektrik stansiyasında yanğın baş verib.
Bu barədə "Dimsum Daily" məlumat yayıb.
Hadisənin şahidləri stansiya ərazisinin üzərindən qara tüstü qalxdığını görüblər. Şahidlərdən biri yanğın mənbəyinin nüvə obyektinin içərisində olduğunu təsdiqləyib. Fövqəladə hadisə yerinə yanğınsöndürənlər göndərilib.
“Hazırda tüstünün səbəbi bəlli deyil və Tayvan Power Company hələlik insidentlə bağlı hər hansı rəsmi şərh verməyib”, - nəşr bildirib.
Mövsüm
Aznews.az