Almaniyanın Hannover şəhərində təkər zavodunda partlayış baş verib

6 Mart 2025 19:20 (UTC+04:00)

Almaniyanın Hannover şəhərində "Continental" təkər istehsalı zavodunda partlayış baş verib.

Bu barədə "Bild" qəzeti məlumat yayıb.

Zavodda qəflətən qazan partlayıb. Partlayış nəticəsində binanın üst mərtəbəsindəki pəncərələr uçub.

"Contitech" sözçüsü "Focus" onlayn jurnalına bildirib ki , insident nəticəsində bir nəfər yüngül xəsarət alıb, daha altı nəfər isə şirkətin tibbi xidməti tərəfindən müalicə olunub.

Mövsüm

Aznews.az