Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ prezidenti Donald Trampın Avropanın təhlükəsizliyində iştirakını azaltmaq qərarına cavab olaraq Avropa qitədə öz güc mərkəzini yaratmalıdır .
Bu barədə o, "Financial Times" qəzetinə müsahibəsində danışıb .
“ABŞ prezidentinin hərəkətləri bizim üçün həyəcan siqnalıdır, bizi birləşməyə və öz güc mərkəzimizi yaratmağa çağırır”, - deyə Fidan müsahibəsində bildirib.
O, həmçinin əlavə edib ki, NATO dağılacağı təqdirdə Türkiyə istənilən yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq istərdi.
Mövsüm
Aznews.az