Xüsusi Olimpiya Komitəsinin yeni sədri seçilib

7 Mart 2025 12:27 (UTC+04:00)

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçirilib.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov səsvermə əsasında komitənin yeni sədri seçilib.

Qeyd edək ki, Xüsusi Olimpiya Komitəsi əqli imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan insanlara atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır.