Tramp Rusiyaya qarşı sanksiyaları artırmağı nəzərdən keçirir

7 Mart 2025 19:29 (UTC+04:00)

Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olunana qədər Rusiyaya qarşı sanksiyaları artırmağı düşünür.

Bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Mən atəşkəs əldə olunana və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların və tariflərin tətbiqi imkanını ciddi şəkildə nəzərdən keçirirəm”, o, “Truth Social” sosial şəbəkəsində yazıb.

O, həmçinin Rusiya və Ukraynanı danışıqlar masasına oturmağa çağırıb.

Mövsüm

Aznews.az