Sorğu: Almanların 64%-i Bundestaq seçkilərinin nəticələrini mənfi qiymətləndirir

7 Mart 2025 19:32 (UTC+04:00)

Sorğuda iştirak edən alman sakinlərinin əksəriyyəti Bundestaq seçkilərinin nəticələrindən narazı olduqlarını bildiriblər.

Bu barədə araşdırmaya istinadən ZDF telekanalı məlumat yayıb.

“Sorğuda iştirak edən Almaniya vətəndaşlarının 64%-i federal seçkilərin nəticələrindən narazıdır və yalnız 33%-i razıdır”, - nəşr qeyd edib.

Sorğunun nəticələrinə görə, respondentlərin 90%-i hakim koalisiyanın Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) partiyalarının, eləcə də Almaniya Sosial Demokrat Partiyasının (SPD) koalisiyası olacağını gözləyir.

Mövsüm

Aznews.az