İtaliya səfirliyi 8 Mart münasibətilə qadınları təbrik edib

8 Mart 2025 13:06 (UTC+04:00)

İtaliyanın Azərbaycandakı səfirliyi qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Aznews.az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Biz İtaliyada və dünyada qadınların gücünü və töhfəsini qeyd edirik. İtaliya bərabər hüquqların qorunamasında və gender zorakılığının bütün formalarına qarşı mübarizədə hər zaman öndədir. Bütün qadınları təbrik edirik!” - paylaşımda qeyd olunub.