Şimal dənizində gəmi ilə toqquşmuş tankerin göyərtəsində partlayışlar baş verib

10 Mart 2025 21:03 (UTC+04:00)

Böyük Britaniya sahillərində Şimal dənizində “Solong” konteyner gəmisi ilə toqquşan “Stena Immaculate” tankerində yanacaq sızmasından sonra sıra partlayışlar baş verib.

Bu barədə martın 10-da gəmi sahibi "Crowley Corporation" məlumat verib.

Şirkətdən bildiriblər ki, insident səhər saat 10 radələrində (Baxtı ilə 14:00) tanker lövbərdə olarkən baş verib.

“Toqquşma nəticəsində Stena Immaculate-də içərisində Jet 1A yanacağı olan yük çəni partlayıb. Yanğın baş verib və yanacağın sızdığı bildirilir. Ekipaj gəmidə silsilə partlayışlardan sonra gəmini tərk edib”, - korporasiyanın Facebook sosial şəbəkəsindəki bəyanatında deyilir.

Mövsüm

Aznews.az