Azərbaycan XİN başçısı Ceyhun Bayramov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidentİ İlham Əliyevin adından təşəkkür edib.
Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.