Qazaxıstanda insan orqanlarının alverinə görə məhkum olunmuş Ukrayna vətəndaşı Polşada saxlanılıb.
Bu barədə prokurorluğa istinadən "Reuters" agentliyi məlumat yayıb.
Przemysl prokurorluğunun mətbuat katibi Marta Pietkovska bildirib ki, qadın İnterpolun qırmızı bildirişi əsasında Polşa ilə Ukrayna arasında dəmir yolu keçidində saxlanılıb. Qeyd olunur ki, İnterpol ukraynalı qadını 2020-ci ilin noyabrından axtarır.
Onun 2017-2019-cu illər arasında qara bazarda satış məqsədi ilə insanların toxuma və orqanlarını qanunsuz çıxaran beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmada iştirak etməkdə təqsirli bilindiyi bildirilir.
Mövsüm
Aznews.az