Geo: Pakistanda qatarı qaçıran yaraqlılar atışmadan əvvəl relsləri partladıblar

11 Mart 2025 20:00 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətində qatarı qaçıran silahlı yaraqlılar atəş açmazdan əvvəl relsləri partladıblar.

Bu barədə "Geo News" məlumat yayıb.

Telekanalın məlumatına görə, hücumdan sonra terrorçularla qatardakı təhlükəsizlik işçiləri arasında gərgin atışma başlayıb.

Məlumatda qeyd edilir ki, təhlükəsizlik qüvvələri silahlıların məhv edilməsi və sərnişinlərin azad edilməsi üçün əməliyyata başlayıb və bu əməliyyat cinayətkarlar tam zərərsizləşdirilənə qədər davam edəcək.

Mövsüm

Aznews.az