Filippinin keçmiş prezidenti Duterte Manilada həbs edilib

11 Mart 2025 20:22 (UTC+04:00)

Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Manila hava limanında saxlanılıb.

Bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Səhər saatlarında Filippin BCM-dən Dutertenin insanlığa qarşı cinayətlərdə ittiham olunaraq həbsə orderi aldığı bildirilir. Polis onu həyat yoldaşı ilə birlikdə Honq-Konqdan gələn kimi həbs edib.

“Keçmiş prezident və onun ətrafı sağlamdır və hökumət həkimləri tərəfindən müayinə olunub. <…> Hazırda o, həbsdədir”, - mətbuat xidməti Facebook sosial şəbəkəsində bildirib.

Mövsüm

Aznews.az