Nyu-Cersidə məktəb avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb

11 Mart 2025 21:39 (UTC+04:00)

ABŞ-nin Nyu-Cersi ştatının Montval şəhərində məktəb avtobusunun aşması nəticəsində biri ağır olmaqla 15 nəfər xəsarət alıb.

CBS News xəbər verir ki, Nyu-Yorka doğru hərəkət edən məktəb avtobusu yerli vaxtla saat 19:30 radələrində Montvalda qəzaya uğrayıb.

Ştat polisi qəza nəticəsində biri ağır olmaqla sürücü və 14 sərnişinin yaralandığını bildirib.

Hadisə yerinə sövq edilən ilk yardım qrupları aşmış avtobusun altında qalan sərnişini xilas edib.

Qəzanın səbəbləri ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Yerli mətbuatın məlumatına görə, avtobusda 30-dan çox adam olub.

Mövsüm

Aznews.az