Gənclər və İdman Nazirliyi Bakının Yeni Yasamal-1 yaşayış kompleksində yeni idman zalı və minifutbol meydançasının tikintisinə hazırlaşır.
AzNews.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlığa başlanılıb. Tikinti işlərinə 1 milyon manat xərclənəcək.