Olimpiya çempionu Bakıda Azərbaycan boksçuları ilə birgə toplanış keçəcək

12 Mart 2025 14:53 (UTC+04:00)

Paris-2024 Yay Olimpiya Oyunlarının boks yarışında qızıl medal qazanan Lazizbek Mullajonov (92 kq) Bakıya gəlib.

Özbəkistanlı dəri əlcək ustası ölkəmizdə təlim-məşq toplanışı keçəcək.

Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.

Olimpiya çempionu ağır çəkili boksçularımız Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu, onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.

Qeyd edək ki, L.Mullajonovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Paris-2024-ün finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.