Peskov: Putinlə Tramp arasında telefon danışığı planlaşdırılmır

12 Mart 2025 17:06 (UTC+04:00)

ABŞ və Rusiya arasında telefon danışığı ilə bağlı heç bir razılaşma yoxdur.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

O, “İzvestiya”nın ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar planının olub-olmaması ilə bağlı sualına “Siz düzgün başa düşürsünüz” deyə cavab verib.

Peskov həmçinin qeyd edib ki, hazırda iki ölkə prezidentləri arasında danışıqların tarixi və yeri ilə bağlı dəqiqlik yoxdur.

Mövsüm

Aznews.az