ABŞ dövlət katibi Rubio: Vaşinqton Kiyevlə ərazi güzəştlərini müzakirə edib

12 Mart 2025 17:58 (UTC+04:00)

Amerika nümayəndə heyəti Səudiyyə Ərəbistanında danışıqlar zamanı Ukrayna nümayəndələri ilə ərazi güzəştlərini müzakirə edib.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio İrlandiyanın hava limanında "Fox News YouTube kanalında yayımlanan mətbuat konfransında bildirib.

“Söhbətimizin əsas hissəsi sülh danışıqları baş tutduqda gündəmdə olması lazım olan məqamlar haqqında idi”.

Münaqişənin mümkün həlli prosesini şərh edən dövlət katibi Avropanın buradakı roluna da diqqət çəkib. Onun sözlərinə görə, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları və dondurulmuş Rusiya aktivləri məsələləri gələcək sülh danışıqlarının bir hissəsi olacaq.

Mövsüm

Aznews.az